Ramazanın 22-ci günü - İmsak və iftar vaxtı
22 Mart 2025
00:30 - 22 Mart 2025
İspaniya millisinin futbolçusu Pau Kubarsi yığmanın düşərgəsini tərk edib.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb. 18 yaşlı müdafiəçini millinin heyətində "Latsio"nun oyunçusu Mario Gila əvəz edəcək.
Açıqlamada bildirilir: "İspaniya Kral Futbol Federasiyasının tibbi müayinəsindən sonra qərar verildi ki, futbolçu Niderlandla matçı bitirməyə mane olan sağ ayağ biləyinin zədəsini bərpa etmək üçün öz klubu "Barselona"ya qayıtsın".
Qeyd edək ki, Pau Kubarsi dünən keçirilən Niderland - İspaniya matçında (2:2) zədələnib və 41-ci dəqiqədə əvəzlənib. Daha öncə mətbuatda yayılan xəbərlərə görə, "Barselona" həmən müdafiəçisinin kluba qayıtmasını istəyib, lakin RFEF martın 23-ü keçiriləcək cavab matçına qədər oyunçunu millinin düşərgəsində saxlamaq niyyətinə olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin