Ramazanın 22-ci günü - İmsak və iftar vaxtı
22 Mart 2025
19:00 - 21 Mart 2025
"Sabahkı oyunda qalib gəlmək istəyirik".
Manset.az xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş sabah Haiti ilə keçiriləcək yoldaşlıq oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, meydana çıxacaq futbolçuların artıq müəyyənləşdirdiyini bildirib, amma adları açıqlamayıb.
Millisinin futbolçusu Bəhlul Mustafazadə də Haiti yığması ilə keçiriləcək yoldaşlıq görüşündən danışıb:
"Komandada ab-hava çox yaxşıdır. Çalışacağıq ki, düzgün oynayaq və məşqçinin göstərişlərini yerinə yetirək. Hər şey qaydasındadır. Bu oyunlarda qələbə qazanmaq istəyirik".
Qeyd edək ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin