Появились фото с процессии прощания с Киркоровым: смотреть
Обвиняется в жутком преступлении, но просит Путина: генерал

İtkin hərbçilərimizin nəşləri tapıldı

17:50 - 21 Mart 2025

İtkin hərbçilərimizin nəşləri tapıldı

Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariyel oğlunun  və əsgər Həmidov Ruslan Rüstəm oğlunun nəşləri aşkar edilib.

 

Manset.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi xidməti vəzifələrini yerinə yetirərkən vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Qeyd edək ki, qar uçqununa düşən hərbi qulluqçularımızın tapılması məqsədilə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq yüksək dağlıq və çətin relyefli ərazidə Azərbaycan Ordusunun müvafiq bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin podratçı şirkətinin xüsusi texnikaları, qüvvə və vasitələri birgə axtarış-xilasetmə tədbirlərinə cəlb edilmişdi.


Xəbər xətti

23 Mart 2025
Появились фото с процессии прощания с Киркоровым: смотреть
Обвиняется в жутком преступлении, но просит Путина: генерал
Гордон о вечеринках с шейхами, которые очень опасны: читать
Жена Петросяна о грустной новости, связанной с ее мужем
Странный подарок, который сделала Королева невестке
Денежная реформа в России, которой не было даже в 90ых
В Башкирии мужчина издевался на женщиной и не дал приехать врачу
Какой ужас: дети нашли труп младенца в реке
Дизайнера из Казани нашли мертвым: СМИ
В России в заброшке найден труп дизайнера

Ən son xəbərləri səhifəmizdən də izləyin