Çin İsraili atəşkəsə çağırdı

14:02 - 21 Mart 2025

Çin İsraili atəşkəsə çağırdı

Çinin BMT-dəki (BMT) Daimi Nümayəndəliyinin müşaviri Sun Zhiqiang BMT Təhlükəsizlik Şurasının Fələstin- İsrail məsələsi üzrə sessiyasındakı çıxışında beynəlxalq ictimaiyyəti siyasi prosesi sürətləndirməyə və iki dövlətli həll planının həyata keçirilməsi üçün daha çox səy göstərməyə çağırıb.

 

Manset.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Bildirilib ki, İsrail daha çox insan tələfatı və dağıntıya səbəb olan hücumu bərpa etdikdən sonra atəşkəs razılaşması tamamilə pozulub. İsraili Qəzzaya hücumlarına son qoymağa çağıran Sun atəşkəsin davamlı şəkildə həyata keçirilməsi üçün qarant ölkələrin ədalətli və məsuliyyətli hərəkət etməli və üç mərhələli razılaşmanın tam şəkildə həyata keçirilməsi üçün lazımi addımları atmalı olduqlarını bildirib.


Xəbər xətti

21 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin