Tunis Prezidenti iqtisadi böhran fonunda Baş naziri dəyişdi

12:26 - 21 Mart 2025

Tunis Prezidenti iqtisadi böhran fonunda Baş naziri dəyişdi

Tunis Prezidenti Kais Səid Baş nazir Kamel Maddurini təyinatından bir il keçməmiş iqtisadi tənəzzül və artan miqrant axını fonunda istefaya göndərib.

 

Manset.az xəbər verir ki, hökumətin yeni başçısı vəzifəsinə 2021-ci ildən Avadanlıq və Mənzil Təsərrüfatı naziri vəzifəsində çalışan Sara Zaafarani təyin edilib.

Agentlik qeyd edir ki, Səid son aylar nazirlərin işini kəskin tənqid edərək, onların bir çoxunun tələb olunan standartlara cavab vermədiyini və tunislilərin dəyişiklik gözlədiyini bildirib. Keçən ay o, maliyyə naziri Sihem Buqdiri vəzifəsindən azad edib.

Tunisin iqtisadi artımı ötən il ərzində 1,4 faizdən aşağı olub və ölkənin dövlət maliyyəsi şəkər, düyü və qəhvə də daxil olmaqla əsas malların qıtlığına səbəb olan ciddi böhranla üzləşib.

Tunis həmçinin misli görünməmiş miqrasiya böhranı ilə üzləşib, çünki Saharanın cənubunda olan Afrika ölkələrindən minlərlə miqrant İtaliya sahillərinə çatmaq üçün ölkəyə axışır.


Xəbər xətti

21 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin