Ölü tapılan qızın atasından dəhşətli iddia

10:06 - 21 Mart 2025

Ölü tapılan qızın atasından dəhşətli iddia

Ankarada tərk edilmiş binanın bağçasında 6 yaşlı qız meyiti tapılıb.

 

Manset.az türk mediasına istinadən xəbər verir ki, meyiti tapılan 6 yaşlı əcnəbi qızın atası qızının öldürüldüyünü iddia edib.

"Qızım tapılanda paltarı yox idi. Üzərini neylonla örtüb yandırmağa çalışıblar. Bədənində it dişləmələri var, amma o it qızımın paltarını necə çıxara bilərdi?"

 İt hücumu nəticəsində öldüyü güman edilən uşağın cəsədi üzərində aparılan müayinələrdə şübhəli bir vəziyyətə rast gəlinmədiyi öyrənilib.

Hadisə ötən gün saat 16:00 radələrində Altındağ rayonu Yıldıztəpə məhəlləsində 219-cu küçədə baş verib. Daxil olan məlumata görə, ərazidə olan vətəndaşlar tərk edilmiş binanın yanındakı bağda uşaq meyiti aşkar ediblər. Məlumatı alan polis qrupları əraziyə sövq edilib və araşdırma zamanı cəsədin 6 yaşlı suriyalı qız Fatma Elmuhammedə aid olduğu müəyyən edilib.


Xəbər xətti

21 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin