Yüksək çinli məmurlar Novruzu harada qeyd edəcək? - AÇIQLAMA
21 Mart 2025
23:40 - 20 Mart 2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyəsi barəsində genişmiqyaslı korrupsiya əleyhinə aparılan əməliyyat çərçivəsində Əkrəm İmamoğlunun saxlanılmasından danışıb.
Manset.az xəbər verir ki, ölkə başçısı bu barədə Ədalət və İnkişaf Partiyasının (AKP) keçmiş millət vəkilləri ilə iftar məclisində çıxış edib.
Prezident müxalifətin məhkəmənin iddialarına cavab verə bilmədiyini deyib: “Onlar polisə hücum edəcək, hakimləri, prokurorları, məhkəmələri təhdid edəcək qədər azğınlaşıblar. Müxalifət partiyası CHP, media və digər strukturlarla diplom, korrupsiya və oğurluq məsələlərində məhkəmənin irəli sürdüyü iddialara heç vaxt cavab vermir.
Məsələni siyasi şüarlarla məhdudlaşdıraraq milləti asanlıqla aldatmağa çalışırlar. “Bu diplom alın təri ilə, qanunauyğun alınan sənəddir” deyirlərsə, bunu hüquqi arqumentlərlə müzakirə etmək olar.
“Bələdiyyədə oğurluq, korrupsiya, ədalətsizlik, qəliz münasibətlər yoxdur” desələr, yenə hüquqi sübutlar əsasında danışmaq, müzakirə etmək olar. Amma bunları etmirlər, edə bilmirlər. Bütün bunların və daha çoxunun doğru olduğunu ən yaxşı onlar bilirlər.
Onlar bilirlər ki, bu məlumatların və sənədlərin əksəriyyətini məhkəməyə öz partiyaları veriblər. Görünən odur ki, timsah göz yaşları tökən CHP rəhbərlərinin əksəriyyəti bağlı qapılar arxasında sevincdən sakit otura bilmir. CHP-nin problemləri ölkə və millət məsələsi deyil, öz qərargahındakı bir qisim həvəskarın məsələsidir. Şəxsən bizim partiya və müttəfiq olaraq müxalifətin şoularına ayırmağa vaxtımız yoxdur”.
Xatırladaq ki, martın 18-i İstanbul Universiteti İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun diplomunu ləğv edib. Martın 19-u isə o, İstanbul bələdiyyəsinə qarşı genişmiqyaslı korrupsiya əleyhinə əməliyyat çərçivəsində saxlanılıb.
İmamoğluya qarşı irəli sürülən ittihamlar arasında cinayətkar təşkilata rəhbərlik etmək və üzvü olmaq, hədə-qorxu yolu ilə pul tələb etmə, rüşvət alma, şəxsi məlumatların qanunsuz əldə edilməsi və tenderin nəticələrinin saxtalaşdırılması var.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin