Kəngərli rayonunda evdə yanğın

19:49 - 20 Mart 2025

Kəngərli rayonunda evdə yanğın

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kəngərli rayon Şahtaxtı kəndində fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal Kəngərli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənişlənməsinə imkan verilmədən söndürülüb.

Hadisə nəticəsində 1 mərtəbəli, 144 m² ümumi sahəsi olan fərdi yaşayış evinin 25 m² çardaq hissəsinin yanar konstruksiyaları yanıb, yaşayış evi içərisindəki əşyalarla birlikdə yanğından mühafizə olunub.


Xəbər xətti

21 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin