2 istiqamətdə mövqelərimiz atəşə tutuldu
21 Mart 2025
19:35 - 20 Mart 2025
"Rusiya Almaniyaya hücum etməyə hazırlaşmır”.
Manset.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
O, əksinə, Almaniyanın Rusiyaya hücum etmək planlarının olduğunu deyib: “Xristian Demokrat İttifaqının lideri Fridrix Merts daha da irəli gedib, o, ölkəmizlə “yaxın illərdə və onilliklərdə” qarşıdurmaya hazırlaşmağa çağırıb. Mən bunu aydınlaşdırmaq istəyirəm: ölkəmizin Almaniyaya hücum etmək planı yoxdur. Əgər Berlindən belə bəyanatlar gəlirsə, deməli, bu cür fikirlər məhz orada yaranır”.
Zaxarova xəbərdarlıq edib ki, Rusiya öz təhlükəsizliyinə istənilən təhdidin qarşısını qətiyyətlə alacaq: “Berlin və digər Avropa paytaxtlarında məsul şəxslər başa düşməlidirlər: Moskva militarist addımlara dərhal və sərt cavab verəcək. Məqsədimiz eskalasiya deyil, risklərin qarşısını almaqdır”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin