Azərbaycan çempionatında rekord - 10:0 hesablı qələbə qazandılar - VİDEO

18:03 - 20 Mart 2025

Azərbaycan çempionatında rekord - 10:0 hesablı qələbə qazandılar - VİDEO

Azərbaycan çempionatında mövsümün yeni rekordu qeydə alınıb.

 

Manset.az xəbər verir ki, “Şəfa” II Liqanın XVII turunun səfər oyununda “Araz Saatlı”nı 10:0 hesabı ilə məğlub edib

Bununla da Bakı komandası ən böyükhesablı qələbə qazanan və bir matçda ən çox qol vuran komanda olub. 

Bunadək mövsümün rekordu “Göygöl”ə məxsus idi. Onlar II Liqada ötən il keçirilən ev matçında “Füzuli”ni 9:0 hesabı ilə məğlub edib. 

Ölkə çempionatları və kuboku tarixində bir komandanın 10 və daha çox qol vurmasına son 8 mövsümdə ilk dəfə təsadüf olunub.

Sonuncu belə oyun 2016/17 mövsümündə qeydə alınıb. 2016-cı il noyabrın 24-də “Səbail” “Bakılı”nı 11:3 hesabı ilə məğlub edib. 

 


Xəbər xətti

21 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin