Aİ ABŞ-a qarşı ticarət tədbirlərinin tətbiqini təxirə saldı

17:59 - 20 Mart 2025

Aİ ABŞ-a qarşı ticarət tədbirlərinin tətbiqini təxirə saldı

Avropa İttifaqı (Aİ) ABŞ-a qarşı ticarət tədbirlərinin tətbiqini aprelin 1-dən ayın ortalarına qədər təxirə salıb.

 

Manset.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında bildirilib.

Məlumata görə, Aİ ABŞ-dan olan tərəfdaşlarla əlavə məsləhətləşmələr aparmağı planlaşdırır.

Qeyd edilib ki, martın 12-də elan olunan cavab tədbirləri aprelin ortalarında qüvvəyə minəcək. Bu gecikmə ABŞ administrasiyası ilə aparılan danışıqlara əlavə vaxt vermək məqsədi daşıyır.


Xəbər xətti

21 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin