Ermənistan sərhədi 10 günlük açır

17:25 - 20 Mart 2025

Ermənistan sərhədi 10 günlük açır

Ermənistan hökumətinin qərarı ilə Türkiyə üzərindən Suriyaya humanitar yardımın göndərilməsi üçün Ermənistan-Türkiyə sərhədindəki Marqara sərhəd-keçid məntəqəsi martın 21-dən 31-dək açılacaq.

 

Manset.az  APA-ya istinadən xəbər verir ki, bu qərarın qəbulu Ermənistan Respublikası adından Suriya Ərəb Respublikasına göndərilmiş humanitar yardımın Türkiyə ərazisindən quru nəqliyyatı ilə daşınması zərurəti ilə əlaqədardır.

“Bu layihənin qəbulu Ermənistan Respublikası adından Suriya Ərəb Respublikasına humanitar yardımın daha tez və daha az xərclə çatdırılmasına imkan yaradacaq” - qərarın əsaslandırılması göstərilir.



Xəbər xətti

21 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin