Aİ sammitində bu məsələlər müzakirə olunacaq

16:36 - 20 Mart 2025

Aİ sammitində bu məsələlər müzakirə olunacaq

Avropa İttifaqı Kiyevə ilkin olaraq təklif etdiyi 40 milyard avronu deyil, 5 milyard avroluq hərbi yardımın göndərilməsini müzakirə edəcək.

 

Manset.az xəbər verir ki, bunu sammitdən əvvəl jurnalistlərə İttifaqın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas bildirib.

"Birincisi, biz Ukraynanı müzakirə edəcəyik. Ukrayna üçün mən 5 milyard avro dəyərində sursatla göndərilməsi təşəbbüsünü təklif etmişəm. 

 Aİ-nin Kiyevə 40 milyard avro dəstək verməklə bağlı əvvəlki təklifini niyə nəzərdən keçirmədiyini soruşduqda, o, avrozonada büdcə kəsirləri ilə bağlı narahatlıqları əsas gətirib.

Bundan əvvəl Avropa Komissiyası 2025-ci ildə Ukraynaya iki milyon artilleriya mərmi tədarük etməyi planlaşdırdığını açıqlamışdı.


Xəbər xətti

21 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin