18 yaşlı futbolçu vəfat etdi

14:09 - 20 Mart 2025

18 yaşlı futbolçu vəfat etdi

Almaniyanın "Bavariya" klubunun gənclərdən ibarət komandasında çıxış etmiş 18 yaşlı futbolçu Qo Çzyasyuan vəfat edib.

 

Manset.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Ötən ay məşq sırasında ağır kəllə-beyin travması alan çinli oyunçu bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Qo Çzyasyuan 2023-cü ildə "Bavariya"nın gənc futbolçuları tapmaq və inkişaf etdirmək layihəsi olan "Bayern World Squad" proqramında iştirak edib.


Xəbər xətti

21 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin