Ağdamda 2 gənc bıçaqlandı

21:25 - 19 Mart 2025

Ağdamda 2 gənc bıçaqlandı

Ağdamda bıçaqlanma hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, sözügedən hadisə bu gün rayonun Quzanlı qəsəbəsində, Ağdam Dövlət Sosial-İqtisadi kollecinin inzibati binasının qarşısında qeydə alınıb.

Belə ki, mübahisə zəminində Ağdam rayon sakinləri 2007-ci il təvəllüdlü Şirinov Turan Aqşin oğlu və 2005-ci il təvəllüdlü Allahverdiyev Yaqub Elnur oğluna bıçaq xəsarətləri yetirilib.

Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


Xəbər xətti

20 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin