Çempionlar Liqasının finalı Bakıda keçirilməyəcək

21:45 - 19 Mart 2025

Çempionlar Liqasının finalı Bakıda keçirilməyəcək

2026/27 mövsümü Çempionlar Liqasının finalını qəbul edəcək stadion müəyyənləşib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsinin bugünkü iclasında qərar qəbul edilib. 

Qərara əsasən, final matçı İspaniyanın paytaxtdı Madriddəki “Metropolitano” stadionunda baş tutacaq. 

Qeyd edək ki, finalı qəbul etməyə digər namizəd Bakı Olimpiya Stadionu idi.

Xatırladaq ki, 2018/19 mövsümünün finalı da “Metropolitano”da təşkil olunub. Beləliklə, 70 min 460 nəfər tamaşaçı tutumuna malik bu arena tarixində 2-ci dəfə ÇL-in finalına ev sahibliyi edəcək.


Xəbər xətti

20 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin