Atəşkəslə bağlı danışıqlara görə Ər-Riyadda görüşəcəklər

19:30 - 19 Mart 2025

Atəşkəslə bağlı danışıqlara görə Ər-Riyadda görüşəcəklər

Rusiya və ABŞ texniki qrupları qismən atəşkəsin tətbiqini müzakirə etmək üçün yaxın günlərdə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüşəcək.

 

Manset.az Reuters-ə istinadən xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts Rusiya liderinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovla telefon danışığından sonra bildirib.

“Rusiyalı həmkarım Uşakov və mən razılaşdıq ki, texniki qruplarımız yaxın günlərdə Ər-Riyadda görüşəcək, diqqəti Prezident Trampın Rusiyadan əldə etdiyi qismən atəşkəs rejiminin tətbiqi və genişləndirilməsinə yönəldəcək”, - Ağ Ev sözçüsü bildirib.


Xəbər xətti

20 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin