Ərinin saxlanılmasından danışdı - VİDEO

14:46 - 19 Mart 2025

Ərinin saxlanılmasından danışdı - VİDEO

“İmsakdan sonra gəlib Əkrəm bəyi apardılar. Bu zaman 13 yaşlı qızım evdə idi. Onu bu gün evdə saxlaya bilmədim. “Ana, mən məktəbə gedirəm, həyatıma davam edəcəyəm” dedi”.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri İstanbul meri Əkrəm İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlu ərinin saxlanılmasını şərh edərkən deyib.

“Əkrəm bəyi aparan şəxslərin hər biri öz vəzifəsini çox nəzakətli şəkildə yerinə yetirdilər. Onlar 07:30 radələrində evdən çıxdılar. Vəkili ilə birlikdə Əkrəm bəylə danışdılar. Mən bu prosesin detallarını bilmirəm”, - deyə, D. İmamoğlu əlavə edib.

O, Əkrəm İmamoğlunun diplomunun ləğv edilməsindən də danışıb: “Diplomun bu cür ləğv edilməsi dünyanın heç bir yerində yoxdur. Bunu küçədəki uşaqdan da soruşsanız, yanlış olduğunu deyər. Hər şeyin necə olduğu onsuz da ortaya çıxacaq”.

Qeyd edək ki, ötən gün İstanbul Universiteti İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun diplomunu ləğv edib. Bu gün isə  o, İstanbul bələdiyyəsinə qarşı genişmiqyaslı korrupsiya əleyhinə əməliyyat çərçivəsində saxlanılıb.

İmamoğluya qarşı irəli sürülən ittihamlar arasında cinayətkar təşkilata rəhbərlik etmək və üzvü olmaq, hədə-qorxu yolu ilə pul tələb etmə, rüşvət alma, şəxsi məlumatların qanunsuz əldə edilməsi və tenderin nəticələrinin saxtalaşdırılması var.


Xəbər xətti

19 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin