"Liverpul" Salahı türk ulduzla əvəz edir? - İlin transferi

14:01 - 19 Mart 2025

"Yuventus"un türkiyəli ulduzu Kənan Yıldız üçün təəccüblü transfer iddiası gündəmə gəlib.

 

Manset.az xəbər verir ki, İtaliya mətbuatı "Liverpul"un Salahın yerinə Kənan Yıldızı nəzərdən keçirdiyini iddia edib.

"Liverpul"un Salahı əvəzləməyi düşündüyü futbolçu üçün astronomik təklif etməyə hazırlaşdığı bildirilir. "Liverpul" mövsümün sonunda müqaviləsi başa çatacaq Məhəmməd Salahı əvəzləmək üçün səylərə başlayıb.

İngilis nəhənginin bu transfer üçün "Yuventus"a 80 milyon avro təklif etməyə hazırlaşdığı bildirilib.

Kənan Yıldız 80 milyon avroya transfer olunarsa, "Liverpul"un tarixinə düşəcək. O, Darvin Nunes və Vircil van Deykdən sonra "Liverpul"un üçüncü ən bahalı transferi olacaq.

19 yaşlı futbolçu bu mövsüm 41 matçda 6 qol vurub və 4 məhsuldar ötürmə edib.


Xəbər xətti

19 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin