Antoni yenə gündəmdə - Avropa nəhəngi onu istəyir

09:45 - 19 Mart 2025

Antoni yenə gündəmdə - Avropa nəhəngi onu istəyir

“Mançester Yunayted”də gözləntiləri qarşılaya bilməyən Antoni icarəyə götürüldüyü “Real Betis”də uğurlu oyunu ilə diqqətləri çəkir. Antoni yüksələn performansı ilə dünya nəhənginin gündəminə düşüb.

 

Manset.az xəbər verir ki, bu barədə "Goal" məlumat yayıb.

Mövsüm boyu uğurlu futbolu və təsirli hücum oyunu ilə Betis azarkeşlərinin sevgisini qazanan braziliyalı ulduz Avropa nəhənglərinin radarına düşüb.

"Goal"ın xəbərinə görə, Antoni ilə maraqlanan komandalardan biri də "Bavariya"dır. "Bavariya" rəsmilərinin "Mançester Yunayted"lə əlaqə saxladığı və transfer danışıqlarının yaxın həftələrdə sürətlənə biləcəyi bildirilir.

"Real Betis" isə futbolçunu daha bir mövsüm heyətində saxlamaq istəyir. 

Bu mövsüm "Real Betis"in heyətində 11 matçda iştirak edən Antoni 4 qol vurub və 4 məhsuldar ötürmə edib.


Xəbər xətti

19 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin