AMEA-nın 80 illiyi qeyd ediləcək - SƏRƏNCAM
19 Mart 2025
22:55 - 18 Mart 2025
Lənkəranda 41 yaşlı qadın bıçaqlanıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Lənkəran şəhəri ərazisində baş verib.
Şəhər sakini 1984-cü il təvəllüdlü Günel Allahverdi qızı Tahirova döş qəfəsinin divarının çoxsaylı yaraları diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Çoxlu qan itirən G.Tahirova dərhal əməliyyat blokuna alınıb. Həkimlərin səylərinə baxmayaraq, o, əməliyyat zamanı ölüb.
İlkin məlumata görə, qadın ailə münaqişəsi zəminində yoldaşı tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin