Bu ölkədə yeni xəstəlik səbəbindən 20 nəfər öldü

17:00 - 18 Mart 2025

Bu ölkədə yeni xəstəlik səbəbindən 20 nəfər öldü

Avstraliya Yayım Korporasiyasının (ABC) məlumatına görə, Kvinslend əyalətində palçıq hissəciklərinin udulması və ya çirklənmiş su ilə təması nəticəsində ötürülən xəstəlik olan melioidoz halları müşahidə olunmağa davam edir.

 

Manset.az xəbər verir ki, Kvinslend ştatında 2024-cü ilin noyabrında güclü yağışlar başlayandan bəri 125 hadisə qeydə alınıb.

Şimaldakı Taunsvil şəhərində yaşlı bir kişinin ölümü ştatda melioidozdan ölənlərin sayını 20-yə çatdırıb.

Səlahiyyətlilər güclü yağışların davam edəcəyi gözlənilən Kvinslenddə yaşlı və xroniki xəstələri palçıqdan uzaq durmağa çağırıb.

Queensland Universitetində yoluxucu xəstəliklər professoru. Dr. Paul Griffin, epidemiyanın səbəb olduğu ölümlərin gözləniləndən çox olduğunu və hadisələrin azaldılması və can itkisinin qarşısının alınması üçün insanların xəstəlikdən xəbərdar edilməsinin lazım olduğunu bildirib.



Xəbər xətti

18 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin