Bu ərazilərdə güclü külək əsir

16:30 - 18 Mart 2025

Bu ərazilərdə güclü külək əsir

Hazırda ölkə ərazisinin bəzi yerlərində şimal-qərb küləyi əsir.

 

Manset.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, küləyin sürəti Qəbələdə 30 m/s, İsmayıllıda 24 m/s,Daşkəsəndə 21 m/s, Qobustanda 20 m/s, Goranboy, Laçında 19 m/s, Mingəçevir, Şahdağ, Bakı və Abşeron yarımadasında 18 m/s, Gədəbəy və Füzulidə 16 m/s, Şəkidə isə 14 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR-da 24, Aran rayonlarında 31, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.


Xəbər xətti

19 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin