İspaniya millisinin tarixində BİR İLK

15:54 - 18 Mart 2025

İspaniya millisinin tarixində BİR İLK

İslam dünyasında Ramazan ayında milyonlarla insan sübh açılandan gün batana kimi oruc tutur. Onların arasında İspaniya millisində çıxış edən 17 yaşlı Lamine Yamal da var.

 

Manset.az xəbər verir ki, bu İspaniya milli futbol komandası üçün bir ilkdir. İlk dəfədir ki, İspaniya millisində bir futbolçu oruc tutur.

Müsəlman olan gənc futbolçu orucuna laqeyd yanaşmır. 

Qeyd edək ki, əvvəllər də İspaniya millisində oynayan müsəlman futbolçular olub. Adama Traore və Ansu Fat da bu adlar arasındadır. 

Yamal "Barselona"da çıxış edərkən Ramazan ayına göstərdiyi yüksək hörmətlə diqqət çəkib.


Xəbər xətti

19 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin