Tramp və Mask işgüzar nahar etdilər

11:15 - 18 Mart 2025

Tramp və Mask işgüzar nahar etdilər

Martın 15-də ABŞ prezidenti Donald Tramp və İlon Mask Amerika liderinin Mar-a-Laqoda (Florida) malikanəsində işgüzar şam yeməyi keçiriblər.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu naharda iştirak 1 milyon dollara başa gəlib.

Məlumata görə, martın 1-də keçirilən analoji görüşdən fərqli olaraq, tədbir ABŞ prezidentinin rəsmi proqramına daxil edilməyib. Həmin naharda iştirak da 1 milyon dollara başa gəlib.

Martın 15-də keçirilən tədbirin qonaqları arasında Neuralink neyrotexnologiya şirkətinin baş icraçı direktoru Siobhan Zilis də var

Daha əvvəl qeyd edilib ki, iş adamları 5 milyon dollara Trampla şəxsən görüşə bilərlər. 


Xəbər xətti

19 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin