В парке Казани обнаружено тело мужчины в крови
Лещенко рассказал что думает о погибшем Киркорове: новости

"Araz Musayevin iddia etdiyi titulları saxtadır" - Kikboksinq Federasiyası

10:45 - 18 Mart 2025

Azərbaycan Kikboksinq Federasiyası özünü doqquzqat dünya və Avropa çempionu kimi təqdim edən Araz Musayevlə bağlı bəyanat yayıb.


Manset.az Prosport.az-a istinadən xəbər verir ki, bəyanatda idmançının nəticələrinin həqiqətə uyğun olmadığı bildirilib:

"Gənclər və İdman Nazirliyinin Kollegiyasının 16 dekabr 2024-cü il tarixli 38 nömrəli Qərarı ilə “Azərbaycan Kikboksinq Federasiyası” İctimai Birliyinin fəaliyyət istiqamətinə muaytay idman növü və onun fənləri əlavə edilərək ölkə ərazisində yayılan idman növləri kimi tanınıb. Bu qərara əsasən Azərbaycan Kikboksinq Federasiyasının razılığı olmadan ölkə ərazisində, beynəlxalq muaytay idman təşkilatlarının keçirdiyi yarışlarda iştirak edən və bu yarışlarda nailiyyət əldə edən idmançıların nəticələri qeydə alınmayacaq.

Özünü doqquzqat dünya və Avropa çempionu kimi qələmə verən Araz Musayev nazirliyin kollegial qərarına qarşı itaətsizlik edir, federasiyasımıza qarşı əsassız iddialar səsləndirir. Onun iddia etdiyi nəticələr isə həqiqətə uyğun deyil.

Musayevin WAKO kikboksinq təşkilatının 2000-ci ildə keçirilmiş Avropa çempionatında əldə etdiyi nailiyyətdən (3-cü yer) başqa uğuru yoxdur, özünün elan etdiyi digər titullar heç bir mənbədə öz əksini tapmayıb.

Onun qeyd etdiyi əksər nailiyyətlər saxtadır. Hazırda ölkəmizdə müxtəlif idman yarışlarından, idman festivallarından diplom əldə etmiş və özünü saxta dünya və Avropa çempionu kimi təqdim edən onlarla belə idmançı var.

Əlavə olaraq bildiririk ki, Araz Musayevin iddia etdiyi doqquzqat dünya və Avropa çempionu kimi titulları rəsmi sənədlərlə təsdiq olunmadığından həqiqəti əks etdirmir, saxtadır".

Qeyd edək ki, Araz Musayev özünü Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya ala bilməmiş Azərbaycan Muay-Tay və Tayboks Federasiyasının prezidenti kimi təqdim edir. 


Xəbər xətti

18 Mart 2025
В парке Казани обнаружено тело мужчины в крови
Лещенко рассказал что думает о погибшем Киркорове: новости
За что пенсионеры в России могут больше не платить: список
В Чебоксарах люди заметили столбы дыма
В России в доме престарелых была убита бабушка
В России женщина получила большой штраф из-за половика.
Белый дом рассказал инсайдерскую инфу про переговоры с РФ
Перед смертью отец Илий предсказал вот это: читать всем!
СМИ: Чумакова растерзали в сети все, кто мог за это
Российский стендапер, пошутивший про инвалидов, задержан

Ən son xəbərləri səhifəmizdən də izləyin