Bakıda vətəndaş restoranda iftar zamanı öldü

16:59 - 17 Mart 2025

Bakıda vətəndaş restoranda iftar zamanı öldü

Bakıda vətəndaş iftar zamanı ölüb.

 

 

Manset.az Teleqraf.az-a istinadən xəbər verir ki, hadisə martın 15-də paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən restoranda baş verib.

İftar süfrəsi arxasında olan Şəhriyar Əli oğlu Cəfərovun halı qəfildən pisləşib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb və ona tibbi yardım göstərilib. Lakin Ş.Cəfərovun həyatını xilas etmək mümkün olmayıb.

Restoranın nümayəndəsi ölüm faktını təsdiqləyib.

Hadisə ilə bağlı araşdırma aparılır.


Xəbər xətti

17 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin