Livan Suriya ərazisinə zərbələr endirdi

12:24 - 17 Mart 2025

Livan Suriya ərazisinə zərbələr endirdi

Livan silahlı qüvvələri şimal və şərq bölgələrinin atəşə tutulmasına cavab olaraq Suriya ərazisinə zərbələr endirib.

 

Manset.az xəbər verir ki, bu barədə Livan KİV-i Livan Silahlı Qüvvələri komandanlığının bəyanatına istinadən məlumat yayıb.

“Ordu bölmələri atəş mənbələrinə müvafiq silahlarla cavab verib, yerləşdirməni sürətləndirib və təhlükəsizlik vəziyyətini nəzarətə götürüb”.

“Livan 24” xəbər portalının məlumatına görə, ən azı 50 mərmi Livanın şimalındakı Əl-Kəvva, Əl-Qəsr, Səhalat əl-Mey və Hoş əl-Sayyed yaşayış məntəqələri yaxınlığında düşüb.


Xəbər xətti

17 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin