Gədəbəyin Qızıl qala meşəliyində yanğın

21:29 - 16 Mart 2025

Gədəbəyin Qızıl qala meşəliyində yanğın

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gədəbəy rayonu, Qızıl qala meşəliyi adlanan mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Nazirlikdən Manset.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın geniş sahəyə yayılmasına, o cümlədən yaxınlıqdakı yaşayış evləri və kommunikasiya xətlərinə keçməsinə imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində dağlıq ərazidə 3 ha sahədə əsasən xəzəl, kol-kos və qurumuş ağac kötükləri yanıb. Yaşayış evləri, kommunikasiya xəttləri və meşə zolağı yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra orqanı iştirak edib.

 


Xəbər xətti

17 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin