Azərbaycanın məşhur xalq artisti vəfat etdi - SON DƏQİQƏ
17 Mart 2025
19:10 - 16 Mart 2025
Serbiyanın paytaxtı Belqradda genişmiqyaslı etiraz aksiyası iğtişaşlara çevrilib, nəticədə bir gənc yaralanıb.
Manset.az xəbər verir ki, bu barədə Serbiyanın RTS televiziya və radio kanalı məlumat yayıb.
"O, döyülüb, ağır yaralanıb, klinik mənzərə nikbinlik yaratmır", - zərərçəkənin müalicə olunduğu Belqrad Təcili Yardım Mərkəzinin təcili yardım şöbəsinin baş həkimi Vladimir Arseniyeviç telekanala deyib.
Serbiya Daxili İşlər Nazirliyinin məlumatına görə, Belqradda keçirilən gecə etirazlarında 31 minə qədər insan iştirak edib.
İki nəfər saxlanıldığı deyilir.
Bir gün əvvəl bildirilmişdi ki, tələbələrin təşkil etdiyi etiraz aksiyasında iştirak etmək üçün Belqradda 100 mindən çox insan toplaşıb. Bildirilib ki, aksiyaların məqsədi hakimiyyətin hərəkətlərindən narazılıq ifadə etmək və diqqəti korrupsiya probleminə cəlb etmək məqsədi daşıyır.
Etirazın keçirilməsinə ötən il noyabrın əvvəlində damın bir hissəsinin uçması nəticəsində 15 nəfərin öldüyü Novi Sad dəmir yolu vağzalında baş vermiş faciə səbəb olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin