Bir sıra QHT-lərlə bağlı cinayət işi başlandı - Həbslər var
16 Mart 2025
23:25 - 15 Mart 2025
"Barselona”nın hücumçusu Robert Levandovski gələcəyindən və fiziki formasından danışıb.
Manset.az xəbər verir ki, 36 yaşlı forvard bu barədə İspaniyanın “Movistar” telekanalına bəhs edib.
O, hazırda yaxşı formada olduğunu bildirib:
“Hər gün yenə meydana çıxmağı səbirsizliklə gözləyirəm. Çoxlu gənc oyunçunun əhatəsində olduğum üçün özümü daha gənc hiss edirəm. Formada qalmaq üçün meydandan kənarda çox şey edirəm. Bu, mənim ən yüksək səviyyədə oynamağıma kömək edir. Mən yaxşı fiziki formadayam və ən yüksək səviyyədə çıxış edə bilərəm. İndiki halımla üç il əvvəlki arasında heç bir fərq hiss etmirəm. Mən yaşımdan utanmıram və hələ son sözümü deməmişəm”.
Qeyd edək ki, Levandovski bu mövsüm 39 oyun keçirib, 34 qol vurub və 3 məhsuldar ötürmə verib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin