"Naxçıvan" "Sərhədçi"ni məğlub etdi

21:50 - 15 Mart 2025

Azərbaycan Basketbol Liqasında XVIII turun daha bir oyunu keçirilib.

 

Manset.az xəbər verir ki, A qrupunda "Naxçıvan" "Sərhədçi" kollektivinə 68:66 hesabı ilə qalib gəlib.

Görüş "Sərhədçi" İdman Mərkəzində reallaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Quba" "Lənkəran"ı 95:84, "Şəki" "Sumqayıt"ı 104:96, "Gəncə" "Ordu"nu 95:84, "Sabah" isə "Abşeron"u 99:64 hesabı ilə məğlub edib. Tura martın 16-da yekun vurulacaq.


Xəbər xətti

16 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin