Meyitxanaya gətirilən kişinin ölmədiyi məlum oldu

20:50 - 15 Mart 2025

Meyitxanaya gətirilən kişinin ölmədiyi məlum oldu

Cəlilabadda meyitxanaya gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Tahirli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1991-ci il təvəllüdlü Xəyal Quliyevin meyiti evdə aşkarlanıb.

Daha sonra onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib. Lakin sonradan X.Quliyevin ölmədiyi, komatoz vəziyyətdə olması aşkar edilib. O dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

16 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin