Bir sıra QHT-lərlə bağlı cinayət işi başlandı - Həbslər var
15 Mart 2025
20:00 - 15 Mart 2025
İsrail Qəzzada atəşkəsə əməl etsə, “HƏMAS” daha bir girovu azad edəcək və dörd nəfərin qalıqlarını qaytaracaq.
Manset.az xəbər verir ki, bu barədə “ABC News” Fələstin hərəkatının yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, “HƏMAS” bu razılaşmaları müstəsna sövdələşmə hesab edir və atəşkəsin ikinci mərhələsi üzrə danışıqların bərpasında israrlıdır.
Bundan əlavə, İsrail Qəzzaya humanitar yardımların daxil olmasına əngəl törətməyi dayandırmalı və öz qoşunlarını zolağın Misirlə sərhədindəki Filadelfi dəhlizindən çıxarmalıdır. Hərəkat həmçinin fələstinli məhbusların azad edilməsini tələb edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin