Bir sıra QHT-lərlə bağlı cinayət işi başlandı - Həbslər var
15 Mart 2025
19:45 - 15 Mart 2025
Terror təşkilatları anlayır ki, özlərini ləğv etməkdən başqa çıxış yolları yoxdur.
Manset.az TRT Haber-ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “18 Mart Şəhidlərini anma günü və Çanaqqala Zəfəri”nin 110-cu ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, terrorla mübarizə uzun illər ölkəsinin prioritetlərindən olub: “Türkiyə Silahlı Qüvvələri tarix boyu olduğu kimi ölkənin birlik və bütövlüyünə qarşı istənilən təhdidə qarşı böyük əzmlə mübarizə aparır, üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Təhlükəsizlik qüvvələrinin hərtərəfli mübarizəsi və əməliyyatları sayəsində terror təşkilatlarının fəaliyyəti məhdudlaşıb. Artıq həlledici mərhələyə daxil olmuşuq” .
Y.Gülər qeyd edib ki, terrorçular harada olmalarından asılı olmayaraq, silahlarını dərhal və qeyd-şərtsiz yerə qoymalıdırlar:
"Son məqsədimiz terrora son qoymaq, silahlı qrupları tamamilə ləğv etmək və ölkəmizə qarşı bütün təhdidləri aradan qaldırmaqdır. Ona görə də təxribata və sui-istifadəyə yol verilməyəcək, ehtiyatlı və rasional yanaşma əsas götürüləcək”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin