Daşkəsəndə silah-sursat aşkarlandı

15:47 - 15 Mart 2025

Daşkəsəndə silah-sursat aşkarlandı

Daşkəsən Rayon Polis Şöbəsinə rayon ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

 

Manset.az xəbər verir ki, həmin ünvandan avtomat, daraq və 228 ədəd patron aşkarlanıb. Maddi sübutlar ekspertizaya təqdim olunub.

Bundan başqa polis əməkdaşları tərəfindən son 1 həftə ərzində rayon ərazisində keçirilən profilaktik tədbirlər nəticəsində 5 ədəd müvafiq sənədləri olmayan ov silahı könüllü polisə təhvil verilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Xəbər xətti

15 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin