"Deha”nın çəkiliş meydançasında bədbəxt hadisə

16:00 - 15 Mart 2025

Türkiyənin məşhur “Deha” serialının çəkiliş meydançasında bədbəxt hadisə baş verib.

 

Manset.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, çəkiliş zamanı aktyor Aras Bulut İynemli topuğundan zədə alıb.

İynemli təcili olaraq xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

Qeyd edək ki, “Ay Yapım” istehsalı olan “Deha” serialının baş rolu Devranı Aras Bulut İynemli canlandırır. Aktyor daha öncə “Çukur”, “İçeride”, “Maral”, “Atatürk” kimi baxımlı seriallarda rol alıb.


Xəbər xətti

15 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin