Uşaq bağçasında uçqun - Dağıntılar altında qalan var

13:04 - 15 Mart 2025

Uşaq bağçasında uçqun - Dağıntılar altında qalan var

Bərdədə uşaq bağçasında uçqun olub.

 

Manset.az Trend.az-a istinadən xəbər verir ki, hadisə Bərdə şəhər Təbriz küçəsində 4 saylı uşaq bağçası körpələr evində baş verib.

Belə ki, binanın eyvan hissəsində baş vermiş hadisə zamanı uçqun altında bir nəfər az yaşlının olduğu bildirilir.

Hadisə yerinə aidiyyəti qurum əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

15 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin