“Mən hər gün işdəyəm, səhhətimdə heç bir problem yoxdur” - Fuad Ələsgərov
15 Mart 2025
12:55 - 15 Mart 2025
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində yeni təyinatlar olub.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, Tural Mailov və Aygün Musayeva Agentliyin idarə heyətinin sədri Fərid Məmmədovun müavinləri təyin olunublar.
Qeyd edək ki, Tural Mailov 1985-ci ildə Bakı şəhərində anadan olub. O, orta təhsilini ABŞ-nin Miçiqan Ştatının Battle Creek şəhərində alıb. Daha sonra Qərb Universitetinin “Beynəlxalq hüquq” ixtisası üzrə bitirib. Bu təyinata qədər DOST Agentliyi idarə heyəti sədrinin müşaviri olaraq fəaliyyət göstərib.
Aygün Musayeva bu vəzifəyə qədər DOST xidmətləri departamentini müdiri vəzifəsində fəaliyyət göstərib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin