Türkiyənin ədliyyə naziri terrorçulara xəbərdarlıq etdi

21:35 - 14 Mart 2025

Türkiyənin ədliyyə naziri terrorçulara xəbərdarlıq etdi

Türkiyə terrorçular silahı yerə qoyub təslim olacağı təqdirdə terrorsuz dövlət mərhələsinə qədəm qoyacaq.

 

Manset.az Haber Global-a istinadən xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Vanda çıxışı zamanı deyib.

O, terrorçulara xəbərdarlıq edərək rəsmi Ankaranın əks təqdirdə hüquqi müstəvidə mübarizə aparacağını bildirib:

“Min illik qardaşlığımıza vurulan xəncəri çıxarmaq vaxtıdır. İmperializmin içimizə səpdiyi bu nifaq toxumunu aradan qaldıraraq, birliyimizi gücləndirərək hamımız birlikdə terrordan azad bir Türkiyə quracağıq. Bizim buna böyük ümidlərimiz və inamımız var. Bu məsələdə dövlət başçımızn iradəsi çox güclüdür”.


Xəbər xətti

15 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin