Azərbaycanlı FIFA referisi beynəlxalq oyuna təyinat aldı

20:45 - 14 Mart 2025

Azərbaycanlı FIFA referisi beynəlxalq oyuna təyinat aldı

Azərbaycanlı FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

 

Manset.az xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit raundunun 3-cü qrupunda keçiriləcək oyunları idarə edəcək.

Ədalət qoruyucusu martın 19-da Niderland – Xorvatiya, 25-də Çexiya – Niderland matçlarının baş hakimi olacaq. FIFA referisi martın 22-də Çexiya – Xorvatiya qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirəcək. Namik Hüseynov isə həmin görüşlərin köməkçi hakimi olacaq.

Qeyd edək ki, qrup mərhələsinin oyunları Çexiyada təşkil olunacaq.


Xəbər xətti

15 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin