Bu tarixlərdə 30° isti olacaq

17:27 - 14 Mart 2025

Bu tarixlərdə 30° isti olacaq

Yaxın günlərdə ölkə ərazisində havanın temperaturu daha da yüksələcək.

 

Manset.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, səhər və axşam saatlarında dumanlı hava şəraiti davam edəcək. 

Direktor qeyd edib ki, növbəti həftənin ilk günlərində, martın 17-18-də havanın temperaturu yüksələrək Bakıda və Abşeron yarımadasında 22-27, Aran rayonlarında 25-30, dağlıq rayonlarda isə 18-23 dərəcə isti olacaq.


Xəbər xətti

14 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin