Bu qurumda yoxlamalar başladı - Vəzifəli şəxslər istintaqa cəlb olundular
14 Mart 2025
11:40 - 14 Mart 2025
Su təchizatında yaranan müvəqqəti fasilələr dayanıqlı su təminatına xidmət edir.
Manset.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
Məlumata görə, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli ilə Əliyar Əliyev küçələrinin kəsişməsində, o cümlədən akademik Həsən Əliyev küçəsinin sonunda Ulduz metrosunun çıxışına yaxın ərazilərdə yeni yolların çəkilməsi, tunellərin qurulması məqsədilə aparılan işlər çərçivəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Nərimanov rayon Sukanal İdarəsi müvafiq işlərə başlayıb.
Hazırda həmin ərazidə su xətlərinin yerinin dəyişdirilməsi işləri həyata keçirilir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu qeyd edir ki, görülən işlər çərçivəsində abonetlərin su ilə təminatında müvəqqəti fasilə yarana bilir ki, bunu da həmin ərazidə yaşayan vətəndaşların anlayışla qarşılamaqları xahiş olunur . Nəticədə məqsəd əhalinin dayanıqlı, fasiləsiz və keyfiyyətli su ilə təmin etməkdir. Bu fasilələr də məhz görülən işlər çərçivəsində vətəndaşların məmnunluğuna xidmət edir.
Şəbəkələrdə aparılan təmir-bərpa ilə əlaqədar bir neçə saatlıq fasilələrin yarandığı ərazilərdə abonentlərin digər mənbələrdən su ilə təminatına da çalışılır. Xidmətin bu fəaliyyəti nəticəsində fasilə ilə üzləşən abonentlərə görülən işləri anlayışla qarşıladıqlarına və ali məqsədimizin vətəndaş məmnunluğunu yüksək səviyyəyə çatdırmaq olduğunu qəbul edərək fəaliyyətimizə mənəvi dəstək göstərdiklərinə görə minnətdarlığımızı bildiririk.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin