Onlar Ballıcaya qayıdır

14:05 - 14 Mart 2025

Onlar Ballıcaya qayıdır

Bu gün respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Xocalının Ballıca kəndinə yola salınıb.

 

Manset.az xəbər verir ki, bu mərhələdə Ballıca kəndinə 24 ailə - 98 nəfər köçürülüb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.


Xəbər xətti

14 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin