Bu qurumda yoxlamalar başladı - Vəzifəli şəxslər istintaqa cəlb olundular
14 Mart 2025
13:50 - 14 Mart 2025
Əfsanəvi Oskar mükafatlı aktyor Cin Hekman və həyat yoldaşı Betsi Arakavanın vəsiyyətnamələri onların ölümlərindən bir ay sonra üzə çıxıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 95 yaşında vəfat edən Hekman, 80 milyon dollarlıq sərvətini həyat yoldaşı Betsi Arakavaya (65) vəsiyyət edib.
Lakin Hekmanın ilk evliliyindən olan övladları – Kristofer Allen (65), Lesli Enn (58) və Elizabet Cin (62) miras bölgüsündən narazı qalıb və bununla bağlı hüquqi mübahisələr başlayıb.
Hekmanın övladlarının vəsiyyətnamədə yer almaması aktyorun keçmiş fikir ayrılıqları ilə əlaqələndirilir. Vəkillər bildirirlər ki, bu məsələ böyük məhkəmə çəkişməsinə səbəb ola bilər.
Bir mənbə iddia edir ki, əgər Hekmanın həyat yoldaşı Betsi Arakava ondan əvvəl vəfat etsəydi, bu, ciddi münaqişəyə çevrilərdi:
"Əgər Cin əvvəl ölsəydi və Betsi sağ qalsaydı, bu, 3-cü Dünya Müharibəsinə çevrilə bilərdi. Onun övladları yəqin ki, dəli olardılar", – vəkil bildirib.
Betsi Arakavanın vəsiyyətinə görə, onun mirasının bir hissəsi xeyriyyə işlərinə bağışlanacaq və tibbi borcları ödəniləcək. Lakin sərvətin dəqiq necə bölünəcəyi, müvafiq hüquqi sənədlər açıqlanana qədər məlum olmayacaq.
Aktyor ömrünün son illərində Alzheimer xəstəliyi ilə mübarizə aparırdı. O, son vəsiyyətnaməsini 2005-ci ildə imzalasa da, diaqnozun nə zaman qoyulduğu bilinmir. Bu isə onun vəsiyyət zamanı hüquqi qabiliyyətinin olub-olmaması ilə bağlı suallar doğurur.
Bundan əlavə, Hekmanın əvvəllər "GeBe Revocable Trust" adlı bir fondu olub, lakin o, 1994-cü ildə bu fondu dəyişdirərək həyat yoldaşını əsas varis təyin edib. Sonradan bu səlahiyyət "Avalon Trust" fonduna keçib. Güman edilir ki, ilk fondun mirasçılar sırasında övladları da yer alıb.
Hekmanın mirasdan kənar qalan oğlu Kristofer Allen hüquqlarını qorumaq üçün Kaliforniyanın tanınmış vəkili Endryu M. Katzenşteyni işə götürüb. Məlumata görə, bu, mirasın bölünməsi ilə bağlı ciddi hüquqi mübarizənin başlanğıcı ola bilər.
"Krisin belə güclü bir vəkil tutması açıq şəkildə göstərir ki, nəsə baş verir. Onun bacılarının niyə hüquqi təmsilçiliyi yoxdur, ayrı bir sualdır. Üfüqdə böyük miras mübahisəsi görünür", – mənbə bildirib.
Hazırda Hekmanın mülkiyyəti "Avalon Trust" fondu tərəfindən idarə olunacaq. Betsy Arakavanın vəsiyyətində isə onun sərvətinin xeyriyyə işlərinə bağışlanacağı qeyd edilib.
Nyu-Meksiko ştatının Santa Fe şəhərində hüquq-mühafizə orqanları Hekman və həyat yoldaşının ölümü ilə bağlı araşdırma aparır. Cütlük fevralın 26-da evlərinin ayrı-ayrı otaqlarında ölü tapılıb.
İlkin istintaq nəticələrinə əsasən:
• Betsi Arakava fevralın 11-də siçovullar tərəfindən ötürülən nadir virus səbəbindən vəfat edib.
• Cin Hekman isə fevralın 18-də ürək xəstəliyindən dünyasını dəyişib.
Miras mübahisələrinin daha da böyüyəcəyi və məhkəmə çəkişmələrinin başlanacağı gözlənilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin