Sabah hava necə olacaq?

13:25 - 14 Mart 2025

Sabah hava necə olacaq?

Martın 15-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Axşam bəzi yerlərdə arabir duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 19-24° isti təşkil edəcək. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-8° isti, gündüz 18-23° isti olacaq.


Xəbər xətti

14 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin