“O vaxta qədər burada sabitlik olmayacaq” - Prezident
14 Mart 2025
13:15 - 14 Mart 2025
Tacikistan prezidenti Emoməli Rəhmon martın 15-17-də Rusiyaya rəsmi səfər edəcək.
Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə respublika Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin rəhbəri məlumat verib.
“2025-ci il martın 15-17-də Tacikistan Prezidenti Emoməli Rəhmon Rusiya Federasiyasına rəsmi səfər edəcək".
Tacikistan Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin rəhbəri Şoxin Səmədi bildirib ki, Rəhmon və Putin iki ölkə arasında əməkdaşlığın bir sıra məsələlərini nəzərdən keçirəcəklər.
"Səfər zamanı iki ölkə prezidentləri siyasi, ticarət-iqtisadi, mədəni-humanitar, eləcə də təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin