“Yelobank”ın filial müdiri müştərinin çənəsini sındırıb?
13 Mart 2025
17:18 - 13 Mart 2025
Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycannla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin razılaşdırılması və bu barədə danışıqların başa çatması faktını təsdiq edib.
Manset.az APA-ya istinadən xəbər verir ki, Ermənistan XİN bununla bağlı məlumat yayıb.
Məlumatda deyilir ki, Ermənistan Xarici İşlər Nazirliyi diplomatik kanallarla Azərbaycan XİN-ə Ermənistan Respublikasının "Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş" layihəsinin iki razılaşdırılmamış maddəsi üzrə Bakının təkliflərini qəbul etdiyinə dair məlumat verib.
“Beləliklə, sülh sazişi imzalanmağa hazırdır. Ermənistan sənədin imzalanma vaxtı və yeri barədə Azərbaycanla məsləhətləşməyə hazırdır”, - açıqlamada qeyd olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin