Məktəbin həyətində dinozavr ayaq izi tapıldı- FOTO

15:32 - 13 Mart 2025

Məktəbin həyətində dinozavr ayaq izi tapıldı- FOTO

Avstraliyada bir məktəbdə qaya parçasının üzərində 66 fosilləşmiş dinozavr ayaq izləri aşkar edilib.

 

Manset.az xəbər verir ki, üç barmaqlı ayaq izləri olan qaya parçasını araşdırmaq üçün paleontoloq Entoni Romilio ilə əlaqə saxlanılıb.

Təhlillər nəticəsində məlum olub ki, qayada təxminən 200 milyon il əvvəl erkən Yura dövrünə aid onlarla dinozavr ayaq izləri var.

Sözügedən qaya 2002-ci ildə kömür mədənçiləri tərəfindən tapılıb. Üzərindəki qeyri-adi izləri görən mədənçilər qalığı Kvinslend ştatının kiçik bir şəhəri olan Biloeladakı məktəbə hədiyyə ediblər. Qaya məktəbin girişində nümayiş etdirilsə də, onun əsl dəyəri başa düşülməyib. 

Romilionun ərazidə apardığı araşdırmalar göstərib ki, dinozavr qalıqları təkcə məktəbdə deyil, ətraf ərazilərdə də tapılıb. Kömür mədəninin dayanacağına girişdə iki tonluq daşda dinozavr izi də aşkar edilib.


Xəbər xətti

13 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin