"COVID dövründə 80-dən artıq ölkəyə kömək etdik"

11:33 - 13 Mart 2025

"Biz dörd il ərzində Qoşulmama Hərəkatında sədrlik etdik, təşkilatda 120 ölkə var. Biz COVID dövründə müxtəlif vəziyyətlərdə üzv dövlətlərə dəstək verirdik. Humanitar və maliyyə yardımına gəldikdə, 80-dən artıq ölkəyə kömək etdik".

 

Manset.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında söyləyib.

Dövlətimizin başçısı qeyd edib: “Eyni zamanda biz Avropadakı tərəfdaşlar ilə fəal əlaqələri saxlayırdıq. Bütün bunlar bir növ Qlobal Cənub ilə Qlobal Şimal arasında körpülərin salınmasına bənzəyirdi”.


Xəbər xətti

13 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin